Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub


Yeni Azərbaycan Partiyasının Qəbələ Rayon Təşkilatının inzibati binasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafında rolu” mövzusunda mühazirə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova açıb. Toplantıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının dossenti Ariz Abdullayevin mühazirəsi dinlənilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin və uşaq incəsənət məktəbinin müəllimləri iştirak edib. 

Tarix: 08.05.2018

Son xəbərlər