Quba məktəbində "Ümumdünya Tütünsüz Günü" qeyd olundu


Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı Təlim-Tədris Mərkəzində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Lətafət Dadaşovanın iştirakı ilə Quba şəhər 2 nömrəli tam orta məktəbdə “31 may – Ümumdünya Tütünsüz Günü” nə həsr olunan tədbir keçirilib.

Quba şəhəri 1, 2, 3, 4, 5 nömrəli tam orta məktəblərin və Texniki təmayüllü liseyin rəhbərliyinin, müəllim və şagid kollektivinin qatıldığı tədbiri  Quba Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyəyeva açaraq zərərli vərdişlərdən uzaqlaşmaqla bağlı təbliğat-təşviqat işinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Bilik Fondunun Quba rayon üzrə nümayəndəsi Sara Məmmədova təmsil etdiyi qurumla İSİM arasında imzalanan əməkdaşlıq sazişini xatırladaraq, yeniyetmələrə  sağlam həyat tərzinin aşılanması məqsədilə birgə keçirilən tədbirlər barədə məlumat verib.

Həkim-mütəxəssiz L. Dadaşova  tütünçəkmə, onun zərərləri, yaranan xəstəliklər, ikincili tütünçəkmənin insan orqanizminə mənfi təsiri, siqaretin tərkibindəki zərərli maddələr, zərərli vərdişdən imtina etməyin yolları və üstünlükləri, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş söhbət açıb.

 Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti 

Tarix: 24.05.2018

Son xəbərlər