Bilik Fondu Xaçmazda Cümhuriyyətimizə həsr edilən flaşmob keçirib (VİDEO)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ARB Günəş TV və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional İdarəsinin birgə təşkilatçılığı ilə mayın 24-də Xaçmaz Heydər Əliyev Mərkəzinin qarşısında rayon məktəblilərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət tariximiz – qürurumuzdur” musiqili-ədəbi bayram flaşmobu təşkil edilib.

45 dəqiqə davam edən kütləvi tədbirdə Azərbaycanda yaşayan xalqların və etnik qrupların, xarici ölkə xalqlarının mahnı və rəqsləri də ifa olunub.

Bilik Fondunun Xaçmaz rayonu üzrə nümayəndəsi Akif İsmayılovun rəhbərlik etdiyi Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin kollektivinin nümunəvi çıxışını yüzlərlə xaçmazlı xüsusi maraqla izləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 24.05.2018

Son xəbərlər