Bilik Fondu Şəki kolleclərində Milli Qurtuluş Gününə tədbirlər həsr etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 İyun Milli Qurtuluş Günü münasibətilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.
 
Fondun təşkilatçılığı ilə növbəti iki tədbir Şəki şəhərində fəaliyyət göstərən kolleclərdə gerçəkləşib.
 
Dövlət Regional Kollecində baş tutan tədbirdə təhsil ocağının direktoru Sərdar Şərifov, müəlim və tələbə kollektivi iştirak edib.
 
Fondun lektoru, jurnalist Şəhla Aslan Ümummilli lider Heydər Əliyevin Azərbaycanın mətbuat tarixindəki misilsiz xidmətləri barədə mühazirə oxuyub. Qeyd edib ki, Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər məhz Heydər Əliyevin adı ilə bağlıdır.
 
Növbəti görüş Şəki Texniki Kollecdə olub. Ş.Aslanlı bu təhsil ocağında “Heydər Əliyev obrazı Azərbaycan mətbuatında” mövzusunda geniş mühazirə ilə çıxış edib.
 
Mühazirədə qeyd olunub ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycanın ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirən və inkişaf etdirən şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Hələ sağlığında əfsanələşən Heydər Əliyev obrazı tədqiqatçılar tərəfindən araşdırılır, haqqında kitablar yazılır.
 
Dialoq formatında keçirilən tədbirlərdə dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu Mətbuat xidməti
Tarix: 14.06.2018

Son xəbərlər