Lerik rayonunda ziyalılar və dindarlarla görüş keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Lerik rayonu Heydər Əliyev Mərkəzində son günlər baş vermiş Gəncə hadisələri ilə bağlı yerli ziyalılarla görüş keçirib. Görüşün moderatoru Bilik Fondunun sektor müdiri Hacı Abdulla Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən sui-qəsd və bu olaylardan öz məqsədəri naminə istifadə etmək istəyən bir sıra ünsürlərin təhriki ilə baş verən hadisələr haqqında məlumat verib. Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran regionu üzrə şöbə müdiri Qağayı Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, əslən Lerikdən olan Vasif Qafarov çıxışlarında ölkəmizdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar, iqtisadi-sosial, mədəni, səhiyyə və digər sahələrdə müşahidə edilən tərəqqidən faktlarla danışıblar.
 
Qeyd edilib ki, bir sıra xarici ölkələrdə Azərbaycanın stabil, dinamik inkişafını gözü götürməyən qüvvələr hər vəhclə ölkəmizdəki inkişafın, tərəqqinin qarşısını almaq, demokratik-hüquqi dövlət quruculuğuna maneə törətmək üçün təhrikçi hərəkətlərə rəvac verir və belə ünsürlərə dəstək verməkdə davam edirlər. Çıxış edənlər dini ekstremizm və radikalizm faktlarını çox kəskin şəkildə pisləyərək və xalqın hər zaman dövlətin yanında olduğunu əminliklə vurğulayıblar.
 
Lerik rayonundakı Mərkəzi Kitabxana Sisteminin müdiri Tərxan Feyziyev, Lüləkəran kənd orta məktəbinin direktoru Şakir Babayev, Dini icma rəhbərləri – kərbəlayi Rauf Əliyev, Xanoğlan Əliyev, Şəfaəddin Mirzəyev, Xanağa Babayev, Qələmmirzə Məmmədov, Şahgəldi Əliyev, Bala Əsgərov, tanınmış filoloq, tədqiqatçı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əfqan Quliyev çıxışlarında Azərbaycanın bütövlüyünə, birliyinə xələl gətirmək, ləkə salmaq istəyən təhrikçilərin çıxışlarını, bədnam hərəkətlərini qətiyyətlə pisləyib, Lerik ziyalılarının və dindarlarının hər zaman Ulu öndər Heydər Əliyev siyasətinin, prezident İlham Əliyev siyasətinin daim müdafiəsində durduqlarını ifadə ediblər. Bildirilib ki, rayon ziyalıları və dindarlarla mütəmadi görüşlərin təşkili çox əhəmiyyətlidir və Bilik Fondunun belə bir zamanda yerlərdə əhali ilə yaxından təmas qurması və maarifləndirici tədbirlər keçirməsi təqdirəlayiqdir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.07.2018

Son xəbərlər