Neftçalada yüksək bal toplayan tələbələrlə görüş keçirildi


Bu il ali məktəblərə yüksək ballarla qəbul faizi ötən illərlə nisbətdə artıb. Bu artım qəbul imtahanlarında 700 bal toplayanların sayında özünü daha qabarıq göstərib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları bu nailiyyətlərinə görə təbrik edir.
 
Sentyabrın 1-də belə bir görüş Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Fondun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərərən jurnalistlər “dəyirmi masa” ətrafına toplaşıblar.
 
Fondun yerli nümayəndəsi görüşü açaraq, təmsil etdiyi qurumun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışıb, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və effektivliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırıb. Bildirib ki, Fond gənclərlə əlaqələrinin daha səmərli formada qurulmasının vacibliyini əsas götürərərək, dərnəklər və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb.
 
Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətşisi Elnur Bağırıov rayon rəhbərliyinin təhsilin inkişafı istiqmətində dövlət səviyyəsində həyata keçirilən islahatlara yaxından dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Fondla yerli İcra Hakimiyyəti arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin maariflənməsində birgə layihələrin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. 
 
Əməkdar müəllim Seyran Səfərov, nəinki Neftçala rayonunun, bütün ölkənin yüksək bal toplayan tələbələrlə fəxr etdiyini dedi. Qeyd etdi ki, rayonun yüksək balla ali məktəbə qəbul olan məzunları orta məktəbədə oxuduqları illərdə artıq özləri barələrində müsbət fikir formalaşdırmışdılar. Gələcəyin daha da işıqlı olacağına əminliyini bildirən S.Səfərov savadlı mütəxəssilərin yetişməsində dövlət qayğısının kifayət qədər böyük olduğunu dedi və ictimaiyyəti indiki nəslə güvənməyə çağırdı.
 
Tədbirdə Bilik Fondunun mətbuat katibi, jurnalistika üzrə “Tərəqqi” mükafatına layiq görülmüş Ceyhun Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusunda məruzəsinə başlamazdan öncə valideynləri və müəllimləri təbrik edib. Bildirib ki, hər üç tərəfin – şagird, valideyin və müəllimin sağlam əqidə ətarfında birliyi mütləq yüksək nəticə verməliydi.
 
C.Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusundakı çıxışında bilikli və bacarıqlı mütəxəssisə çevrilməyin vacibliyindən və bu mərtəbəyə yüksəlməyin yollarından danışıb. 
 
Bilik Fondunun fəaliyyətindən söz açan mətbuat katibi tələbələrin təmsil olunduqları “Gənc jurnalistlər”, “Tariximizi öyrənək və öyrədək”, bu yaxınlarda fəaliyyətə başlayacaq “Diplomatlar”, “Kinoklub” və bu görüşün davamı olaraq, fəaliyyətə başlayacaq “İntellekt” klublarının mahiyyəti barədə fikirlərni açıqlayıb. 
 
Natiq cənab Prezident İlham Əiyevin “Gələcək gənclərindir” fikrinə istinad edərək, indiki nailiyyətlərinin qarşılığında bu gələcəyin həqiqətən gözəl olacağına inandığını söyləyib və tələbələri Bilik Fondunun həyata keçirdiyi layihələrdə fəal iştiraka dəvət edib.
 
“Dəyirmi masa”da orta məktəbi qızıl medalla bitirən məzunlar – rayon Xıllı Qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Raya Səfərova, Bankə qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Sevil Qarayeva, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Rəsul Əliyev ürək sözlərini dilə gətiriblər. Onlar ölkə və rayon rəhbərliyinə, müəllimlərə, valideynlərə çəkdikləri əziyyətə görə dərin minnətdarılıqlarını bildiriblər, belə görüşlərin mütəmadi olmasını arzuladıqlarını söyləyiblər. 
 
Sonda Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub, tələbələr Fondun nümayəndəsi ilə birlikdə Ulu öndər Heydər Əliyev haqqında hazırlanan şəkil-ekspozisiyası ilə tanış olublar, Ümummilli liderin keçdiyi şərəfli ömür yolu barədə geniş bilgilər əldə ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 03.09.2018

Son xəbərlər