Masallı məktəbliləri Lənkəran məktəbində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lənkəran şəhər nümayəndəsi Yeganə Əsgərovanın təşəbbüsü ilə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbi Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin qonağı olub. 
Y.Əsgərova Masallı məktəblilərini direktoru olduğu məktəbdə qarşılamaqdan məmnunluq hissi keçirdiyini bildirib. 
Qonaqlar da öz növbəsində bu səfərdən alacaqları təəssüratlarıunutmayacaqlarını deyiblər. 
Yerli məktəbin şəraiti ilə yaxından tanış olan Masallı məktəbliləri təmsil etdikləri təhsil ocağı barədə məlumat veriblər. Məktəblilər birlikdə hümanitar liseyin müzeyi, dərs otaqları ilə tanışlıqdan sonra Ulu öndər Heydər Əliyevin muzeyinə və Xan sarayına ekskursiya ediblər. 
Masallı məktəbliləri Lənkəranlı yaşıdlarını öz məktəblərində görmək istədiklərini bildiriblər. Qarşı tərəf bu təklifi müsbət dəyərləndirib.

Tarix: 28.04.2015

Son xəbərlər