“Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi” – Şamaxıda tədbir


Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Tibb Universitetinin Uşaq-Yeniyetmələr sağlamlığı, əmək sağlamlığı kafedrasının doktorantı Qasım Əmrahlının Şamaxı Heydər Əliyev Mərkəzində yerli əhali üçün “Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi” mövzusunda mühazirəsi təşkil olunub.
 
Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev yerli gənclərin iştirak etdiyi tədbiri açaraq, rayon rəhbərliyinin maarifləndirici layihələrə daim dəstək verdiyini bildirib.
 
Bilik Fonunun Şamaxı rayon üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova Fondun İcra Hakimiyyəti ilə birgə maarifləndirmə məqsədilə təşkil etdiyi çoxsaylı tədbirlərdən söz açıb.
 
Mühazirəçi Qasım Əmrahlı fiziki aktivliyin və sağlam həyat tərzinin insan orqanizmi üçün vacibliyini vurğulayıb, passiv həyat tərzinin səbəb olduğu xəstəliklər, onların risk amillərindən bəhs edib.
 
Şamaxı Olimpiya Mərkəzinin məşqçi müəllimi Xanım Osmanova Mərkəzdə yaradılan şərait və yerli idmançıların uğurlarından danışıb.
 
Tədbirin sonunda gənclərin sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 17.10.2018

Son xəbərlər