“Təhsil əngəl tanımaz” - Samuxda tədbir


 
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı “Təhsil əngəl tanımaz” adlı tədbir təşkil olunub.
 
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının rəhbərliyi iştirak edib.
 
Fondun Samux rayonu üzrə nümayəndəsi Nuridə Həsənova tədbiri açaraq, XX əsrin sonlarında öz müstəqilliyini bərpa edib, hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan ölkəmizdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün təbəqələrinin, o cümlədən sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində mütərəqqi islahatlar həyata keçirildiyini xatırladıb. Bildirib ki, hazırda həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
 
Çıxış edən digər qonaqlar ölkə başçısının təsdiqlədiyi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın yüksək səviyyədə icra olunması ilə bağlı faktlara əsaslanan fikirlər səsləndiriblər.
 
Rəsmi hissədən sonra Samux rayonu üzrə inklüziv təhsl alan sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
Rayon Təhsil Şöbəsi uşaqlara müxtəlif hədiyyələr təqdim edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.10.2018

Son xəbərlər