Şabranda "Klassik musiqi gənclərin ifasında" səslənib


Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şabran Mədəniyyət Evində Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nüridə İsmayılzadənin "Klassik musiqi gənclərin ifasında" mövzusunda mühazirəsi keçirilib.
 
Yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə çıxış edən N.İsmayılzadə gənclərin müasir musiqi janrlarına üstünlük verməsi ilə bağlı cəmiyyətdə hökm sürən ümimi fikri xatırladaraq, son illər bu tendensiyanın nəzərəçarpacaq dərəcədə azaldığını bildirib. Qeyd edilib ki, xüsusən, Heydər Əliyev Fondunun milli musiqimizin təbliğatı istiqamətində həyata keçirdiyi böyük layihələrin nəticəsində gənclərin düşüncəsi özünüdərk fəlsəfəsi üzərində formalaşmağa başlayıb. Ünsiyyətdə olduğumuz gənclərin əksəriyyəti bəstəkar mahnılarını dinləməyə və ifa etməyə üstünlük verir. Belə münasibət Azərbaycanın öz kökü üzərində gələcəyə doğru irəliləməsinə təkan verir və xalqın genefondunun sağlam təməllər üzərində bərqərar olmasını təmin edir.
 
Mühazirədən sonra iştirakçıların sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 27.10.2018

Son xəbərlər