Bilik Fondu Lənkəran məktəblilərində kitaba maraq oyadır


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Qardaşxan Əzizxanlının “Şagirdlərə kitaba sevginin aşılanmasında ailə və məktəbin rolu” mövzusunda mühazirəsi keçirilib.

Məktəbin direktor əvəzi Bəsirə Əzimova şagirdlərin mütaliəyə marağının gücləndirilməsi üçün maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edərək, dünyagörüşünün işkişafında kitabların rolunu vurğulayıb.

Bilik Fondunun Lektorlar Qrupunun üzvü Q.Əzizxanlı kitabların insanın həyat yolunun müəyyənləşməsində əhəmiyyətindən danışıb, məktəbliləri mütaliəyə çağırıb.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ağacəfər Fətullayev, müəllim Məqsudə Əliyeva, həmçinin şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 01.11.2018

Son xəbərlər