“Dekorativ tətbiqi sənət” dərnəyinin üzvü qaliblər sırasında


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramına uyğun olaraq, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər təşkil edib. Tədbirlər Fondun yerli nümayəndələri və Bilik evləri rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
 
Gəncə Gənclər Evi yerli Gənclər və İdman Baş İdarəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı Gününü qeyd edib. Gənclər Evinin “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan!” şüarı altında rəsm və dekorativ tətbiqi sənət üzrə 10-17, 18-25, 26-35 yaş qrupları arasında elan etdiyi müsabiqəyə yekun vurulub, qaliblər müəyyənləşib.
 
Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin yetirməsi olan R.Hüseynov I yer, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatı dəstəyi ilə Gəncə Gənclər Evində təşkil edilən “Dekorativ tətbiqi sənət” dərnəyinin üzvü G.Mehtiyeva II yer, rəssamlıq məktəbinin daha bir məzunu Ü.Əliyeva III yeri tutub.
 
Müsabiqə qalibləri diplom, sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 09.11.2018

Son xəbərlər