Bilik Fondunun mütəxəssisi Xaçmazda mühazirə dedi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə iyulun 1-da Xaçmaz rayonunda Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti “Din və maarifçilik” mərkəzinin rəhbəri Əntiqə Qurbanovanın “Tolerantlıq və çoxmədəniyyətlilik dini hüquqların təməl prinsipləridir” mövzusunda mühazirəsi təşkil olunub.
Tədbirdə Xaçmaz RİH-nin baş məsləhətçisi Əzizağa Şirinov, Xaçmaz RTŞ-nin metodisti İmran Müseyibov və yerli ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, həmçinin rayon ziyalıları iştirak ediblər. 
Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Xaçmaz rayonu üzrə nümayəndəsi Akif İsmayılov Fondun son zamanlar həyata keçirdiyi layihələr haqqında rayon əhalisinə geniş məlumat verib, Xaçmaz RİH-nə və şəxsən Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə göstərdiyi köməyə, Bilik Fondu ilə qurulan səmərəli əməkdaşlığa görə təşəkkür edib.

Tarix: 10.07.2015

Son xəbərlər