"Tolerantlıq və çoxmədəniyyətlilik dini hüquqların təməl prinsipləridir" - Qubada


10 İyul 2015-ci ildə Qubada Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu “Tolerantlıq və çoxmədəniyyətlilik dini hüquqların təməl prinsipləridir” mövzusunda mühazirə təşkil etmişdir. Fondun Quba rayon üzrə nümayəndəsi Sara Ağayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Quba rayon ictimaiyyətinin müxtəlif təbəqəsinin nümayəndələri, dindarlar, yerli KİV nümayəndələri iştirak etmişlər. Mühazirəçi Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin “Din və Maarifçilik” mərkəzinin rəhbəri Əntiqə Qurbanova yerli KİV nümayəndələrinə müsahibəsində keçirilən tədbir haqqında geniş məlumat vermiş və mövzunun əhəmiyyəti və aktuallığını xüsusi vurğulamışdır. Təşkilatçılıq və yaradılan şəraitə görə Quba rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və Quba rayon İcra Hakimiyyəti başçısı Yaşar Məmmədova minnətdarlıq ifadə edilmişdir.

Tarix: 13.07.2015

Son xəbərlər