Şamaxıda “Kosmos həftəsi”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 4-10 oktyabr “Ümumdünya Kosmos Həftəsi” münasibətilə məktəblilərin Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyasını təşkil edib. 
Fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçılarından olan Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbinin şagirdləri rəsədxanada səma cisimlərinin tədqiqi ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının öyrənilməsi məsələlərinə dair ətraflı məlumat alıblar. Rəsədxananın elmi işçiləri buradakı iş prosesini yaxından izləyən şagirdlərin suallarını cavablandırıblar. 
Bilik Fondunun dəstəyi ilə keçirilən bu səfər şagirdlərdə maraqlı təəssürat yaradıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 08.10.2015

Son xəbərlər