Bilik Fondu Naftalan məktəbliləri arasında inşa müsabiqəsi keçirib


Azərbaycan Prezidentinin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir. 
Naftalanda Bilik Fondunun və şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında inşa müsabiqəsi keçirilib. 
S.Vurğun adına 2 saylı orta məktəbdə təşkil edilmiş müsabiqəyə IX, X, XI sinif şagirdləri qatılıb. 
Məktəblilər “Kitabi-Dədə Qorqud” dastanında ana məhəbbəti, vətən məhəbbəti, oğuz sədaqəti, milli dəyərlərə hörmət, həmçinin dastanın rəng çalarları haqqında maraqlı inşalar yazıblar. 
İnşalar Naftalan şəhər icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Afət Mustafayeva, Fondun yerli nümayəndəsi Adilə Bağırova, qabaqcıl Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin də daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 19.10.2015

Son xəbərlər