Oğuz “Bilik Evi” “Fəxri Fərman” aldı


2 fevral 2016-cı il tarixində Oğuz rayon Gənclər və İdman İdarəsi Oğuz “Bilik Evi” ilə birlikdə “Gənclər günü” münasibəti ilə ümumrayon tədbiri keçirib. Tədbirdə Oğuz “Bilik Evi”nin tələbələri, rayonun fəal gəncləri və ali məktəblərdə təhsil alan oğuzlu gənclər iştirak ediblər. 
Tədbirdən öncə gənclər və Oğuz ziyalıları ümummilli lider Heydər Əliyevin Oğuzdakı heykəlini ziyarət ediblər. Tədbiri giriş sözü ilə Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov açaraq, ölkəmizdə gənclərə göstərilən qayğı və diqqətdən danışıb. O, həmçinin Oğuz rayonunda gənclərlə bağlı görülən işləri qonaqların diqqətinə çatdırıb, ötən il Oğuz rayonunda dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan “Bilik Evi”nin gördüyü işlər barədə iştirakçılara məlumat verib. Rayona göstərdiyi diqqətə görə dövlət müşaviri, akademik Kamal Abdullayevə və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbərliyinə oğuzlu gənclər adından təşəkkürünü bildirib. 
Rayon Gənclər və İdman İdarəsi Oğuz gənclərinin maarifləndirilməsində göstərdiyi xidmətlərə görə Oğuz “Bilik Evi”ni, gənclərin kitaba, ədəbiyyata və mədəniyyətə marağının artırılmasında göstərdiyi xidmətlərə görə isə Yaradıcılıq fakültəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşiri “Fəxri fərman”la təltif edib. Tədbirdə çıxış edən Oğuz “Bilik Evi”nin direktoru Anar Məcidov “Bilik Evi”nin gördüyü işlər barədə iştirakçılara qısa məlumat verib, təhsildə və ictimai həyatda fərqlənən oğuzlu gənclərə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun hədiyyələrini təqdim edib.

Tarix: 03.02.2016

Son xəbərlər