Bilik Fondunun nümayəndəliklərində Xocalı faciəsinin ildönümü qeyd olundu


Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəlikləri silsilə tədbirlər keçirirlər.

         Ağstafa  rayon təhsil şöbəsinin müdiri Leyla İsayevanın rəhbərliyi ilə fevralın 24-ü Gənclər Mərkəzində Xocalı soyqırımını əks etdirən sənədli film göstərilib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub. Tədbirdə Bilik Fondunun nümayəndəsi L.İsayeva və yerli könüllülər ətraflı  məruzələrlə çıxış ediblər.

         Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktoru Kəmalə Əhmədovanın təşkilatçılığ ilə fevralın 24-ü Qazangül qəsəbə tam orta məktəbində Xocalı soyqırımına həsr olunan “Qanlı və qarlı gecə” adlı tədbir keçirilib. Tədbirdə erməni qəsbkarlarının qanlı əməlləri barədə faktlar əsasında məlumatlar verilib.

         Qaradağ rayon 320  nömrəli tam orta məktəbin direktoru Namiq Cəfərovun rəhbərlik etdiyi məktəbdə soyqırıma həsr olunan tədbirlər artıq 3 gündür davam edir. Bilik Fondunun Qaradağ nümayəndəsi şagirdlər qarşısında çıxış edərək, Xocalı dəhşətlərini əks etdirən faktları onların nəzərinə çatdırıb və məktəbliləri vətəndaşı olduqları ölkənin tarixi gerçəkliklərini unutmamağa çağırıb.

         Ağdam rayon 148 nömrəli köçkün tam orta məktəbinin direktoru Hüseyn Bayramovun iştirakı ilə fevralın 17-i 18 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunan müsabiqə keçirilib. Fevralın 18-i Xocalıdan olan 12 ailə 148 nömrəli məktəbin qonağı olub, erməni vandallarının onlara qarşı həyata keçirdiyi vəhşiliklərdən danışıblar. Fevralın 21-i rayon mədəniyyət şöbəsində telejurnalist Cingiz Musatafayevin Xocalı soyqırımını əkst etdirən faktlar əsasında lentə aldığı film göstərilib. Tədbirə Bilik Fondu nümayəndəsinin rəhbərlik etdiyi məktəbin şagirdləri də qatılıblar. H.Bayramov Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası çərçivəsində köçkün yaşayış qəsəbələrində mühazirə deyib.

         Fevralın 25-i Beyləqan Gənclər Mərkəzində Bilik Fondunun dəstəyi, Mil İntellektual Klubunun və Beyləqan şəhər 1 saylı tam orta məktəbin təşkilatçılığı, QHT-lərin və rayonun Uşaq Yaradıcılıq Mərkəzinin iştirakı ilə "Tariximizi unutmayaq" mövzusunda intellektual müsabiqə keçirilib. Fondun  Beyləqan rayonu üzrə nümayəndəsi, 1 saylı tam orta məktəbin direktoru Gülbəniz Cəfərova çıxış edərək, Xocalı həqiqətlərindən söz açıb. Uşaq Yaradıcılıq Mərkəzinin istedadlı gənclərinin əl işlərinin nümayiş olunduğu intellektual yarış meydançasında Beyləqan rayon məktəbləri üzrə 8, Xocavənd rayonu üzrə 2 məktəbin iştirakı ilə müsabiqə keçirilib. Beyləqan şəhər 2 saylı məktəbi 1-ci, "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçısı olan Xocavənd rayon Salakətin kənd tam orta məktəbi 2-ci, Beyləqan rayonu Qəhrəmanlı kənd tam orta məktəbi 3-cü yerə layiq görülüb. Beyləqan rayonu Dünyamalılar kəndi 1 saylı tam orta məktəbi və Xocavənd rayon 4 saylı tam orta məktəbin komandaları isə həvəsləndirici mükafatlar alıblar. Qaliblərə Bilik Fondu tərəfindən hazırlanmış kuboklar, xüsusi geyim dəstləri, diplomlar və tərifnamələr təqdim olunub. 

Nəsimi rayonu 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqovanın təşkilatçılığı ilə fevralın 25-i məktəbin akt zalında "Xocalı faciəsi 20-ci əsrin ən dəhşətli faciəsidir" mövzusunda tədbir keçirilib. Telejurnalist Çingiz Mustafayevin hazırladığı tarixi xronikanın nümayişindən sonra məktəbin özfəaliyyət dərnəyinin hazırladığı kompazisiyalar nümayiş olunub.

         Qazax şəhər Qazaxbəyli kənd orta məktəbinin direktoru Mətanət Ayvazovanın rəhbərliyi ilə şagirdlərə Xocalı soyqırımı barədə tarixi faktlar əsasında geniş məlumat verilib. Məktəblilər əsgər geyimində vətənpərvərlik şeirləri söyləyiblər.

         Fevralın 25-i 53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həsənovanın təşəbbüsü ilə Yasamal rayon İcra Hakimiyyəti ilə birgə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə “Xocalı qan yaddaşım” adlı  anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndə heyəti,Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbərliyi və nümayəndə heyəti,Yasamal rayon Ağsaqqallar Şurasının sədri akademik Kərim Kərimov, rayon ictimaiyyətinin nümayəndələri,  Xocalıdan olan 21 nəfər şəhid ailəsi üzvləri, rayonun ümumtəhsil  məktəblərinin rəhbərləri, müəllim və şagird heyəti iştirak ediblər.

         Tədbirdə Bakı “Kölgə” teatrının aktyorlarının ifasında Elnurə Abdullayevanın ssenarisi əsasında hazırlanmış "Əsgər papağı" tamaşası göstərilib və Akademik Kərim Kərimovun  təcavüzkar erməni siyasətini ifşa edən  karikaturalarından ibarət   rəsm sərgisi  nümayiş olunub.

         Fevralın 26-sı Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət Şamxalovun təşkilatçılığı ilə məktəbdə Xocalı qətliamına aid ədəbi-bədii kompozisiya keçirilib.

Bilik Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirlər davam edir.

         Fevralın 26-sı Siyəzən rayonu Gil-gilçay qəsəbə tam orta məktəbinin direktoru Samir Bəxşiyevin rəhbərliyi ilə  Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin tərbiyəvi işlər üzrə direktor müavini Zeynab Yarıyeva açaraq, Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş ən böyük cinayət olduğunu bildirib. Tədbirdə XI sinif şagirdi Şəbnəm Baxşıyeva, ibtidai sinif müəllimi Hökümə Həsənova və qəsəbə bələdiyyəsinin sədri Təranə Zalova çıxış edib. Çıxışlardan sonra şagirdlərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.      

         Füzuli rayon gəncləri və məktəblilər arasında Qəhrəmanlar parkında təşkil olunmuş "Xocalı soyqırımı" adlı sərginin təşkilatçısı Horadiz şəhəri T.Mehdiyev adına 2 saylı tam orta məktəbin direktoru Ləman Əliyeva olub. Sərgidə şagirdlərin ifasında ədəbi bədii kompozisiya nümayiş olunub. YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Hikmə Xudiyev çıxış edərək, şagirdlərə faciə haqqında geniş məlumat veriblər.

Xaçmaz rayon M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin şagirdləri Bilk Fondunun nümayəndəsi, təhsil ocağının direktoru Akif İsmayılovun təşkilatçılığı ilə özündə Xocalı həqiqətlərini əks etdirən  ədəbi-bədii kompazisiya hazırlayıblar. 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 26.02.2016

Son xəbərlər