Bilik Fondunun icraçı direktoru rayonlarda ziyalılarla görüşüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Aran bölgəsinin bir sıra rayonlarında Fondun yerli nümayəndələri - Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbin direktoru Cəmilə Qədirova, Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov, Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, Yevlax şəhər 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova ilə görüşüb. İcraçı direktor rayon nümayəndəliklərinin fəaliyyəti ilə tanış olub, 2016-cı "Multikulturalizm ili"ndə həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələr verib.
Kürdəmir və Yevlax şəhərlərində Oktay Səmədovun yerli ziyalılarla görüşü keçirilib. Tədbirlərdə gənclərin Bilik Fondunun layihələrində iştirakı, maarifləndirici tədbirlərin və elmi biliklərin müxtəlif sahələri üzrə mühazirələrin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunmuş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib. 
Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır. Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər yığılaraq bir kontekst daxilində toplanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 29.02.2016

Son xəbərlər