“Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi”


4 mart tarixində Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Qəbələ barədə yazılan kitablar, xalq sənəti nümunələri, məktəblilərin əl işləri sərgisi ilə tanış olmuşlar. 

Konfransda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov,  Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor  Etibar Nəcəfov, AMEA-nın Dilçilik İnstitutunun direktoru , AMEA-nın müxbir üzvü Möhsün Nağisoğlu,  Alban-Udi Xristian Dini İcmasının sədri Robert  Mobili, “Qafqaz Riverside” otelinin icraçı meneceri Atilla Çetinbaş və digərlərinin məruzə və çıxışları dinlənilmişdir.  

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun  təşkilatçılığı ilə fərqli milli, etnik mədəniyyətin daşıyıcıları olan məktəblilərin Azərbaycan, rus, udi, ləzgi, türk dillərində hazırladıqları səhnəciklər nümayiş etdirilmiş, müxtəlif dillərdə mahnılar, şeirlər və el havaları ifa edilmişdir.

Tarix: 04.03.2016

Son xəbərlər