Bilik Fondunun könüllüləri “Ən yaxşı təqdimat” müsabiqəsində qalib oldular


Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin  qaliblərinin mayın 5-i “Gülüstan” sarayında mükafatlandırılması mərasimi keçirilib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlərin  iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllülər Birliyinin üzvüləri yüksək mükafatlara layiq görülüblər.

Ucar şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi, rayon Bilik Fondunun könüllüsü İbrahimli Ləman Əhliman qızı və Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Hüseynli Fatimə Əfqan qızı müsabiqədə 1 yerə  layiq görülüblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 

Tarix: 05.05.2016

Son xəbərlər