Zaqatalada “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı seminar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəsinin təşəbbüsü ilə 19.05.2016-cı il tarixində Car kənd 1 nömrəli tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adı altında seminar keçirilib.

Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Aparatının İctimai Siyasi və Humanitar Siyasi Şöbəsinin Dini məsələlər üzrə müavini İlqar Vəliyev açıb. Dövlət himni səsləndikdən sonra “Azərbaycan tolerantlıq nümunəsi” adlı videoçarx nümayiş olunub.

Sonra Car kənd 1 nömrəli tam orta məktəbin direktoru Zərifə Ağakişiyeva iştirakçıları və qonaqları salamlayaraq Bilik Fondunun bölgələrdə keçirdiyi müxtəlif sahələrə dair maarifçilik tədbirlərinin gənclərin hərtərəfli inkişafında böyük rol oynadığını deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Vidadi Rzayev “Milli-mənəvi dəyərlər və müasir gənclik” mövzusunda  geniş məruzə ilə çıxış edib.

İştirakçılara Car kənd 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivinin ifasında dünya xalqlarının mahnı və rəqslərindən ibarət kompozisiya təqdim olunub. Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Zaqatala rayonu 9-cu Kitab bayramında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.05.2016

Son xəbərlər