Beyləqanda “Multikulturalizm” kuboku keçirildi


11 iyun 2016-cı il tarixində Beyləqan rayon Gənclər Mərkəzində Mil İntellektual Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Beyləqan rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin dəstəyi ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, “Multukulturalizm ili”nə həsr olunmuş “Xəmsə” milli intellektual oyun növü üzrə “Multikulturalizm” kuboku turniri keçirilib. 

Ümumilikdə 70-ə yaxın gəncin qatıldığı tədbiri giriş sözü ilə açan Bilik Fondunun Beyləqan üzrə nümayəndəsi Gülbəniz Cəfərova Fond haqqında geniş məlumat verib, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Yarış Elşad Haqverdiyev, Mürsəl Behbudlu və Eyruz Pəsiyevin aparıcılığı ilə davam edib. Sualların müəllifi "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Nizami Hüseynovdur. 
Gərgin keçən mübarizədə 3 qalib mükafatlandırılıb. Nəticələrə əsasən, “Dərya” Tədris Mərkəzinin “Dərya” komandası 1-ci, Beyləqan şəhər 2 saylı tam orta məktəbin “Mil” komandası 2-ci, Beyləqan şəhər 4 saylı tam orta məktəbin “4+1” komandası 3-cü, Beyləqan rayonu Bahar qəsəbə tam orta məktəbin “Lider” komandası 4-cü yerə layiq görülüblər. Qaliblərə Bilik Fondunun kubok, diplom və hədiyyələri təqdim olunub. 
“Multikulturalizm” kubokunun keçirilməsində əsas məqsəd gənclər arasında multikulturalizm ideyalarının təbliği və onların müvafiq sahədə məlumatlılıq səviyyəsinin artırılmasına yardım etməkdir.

Tarix: 13.06.2016

Son xəbərlər