Bilik Fondu Şəmkirdə abituriyentlərlə tədbir keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəmkir Bilik Evi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Abituriyentlərin qəbul imtahanlarına hazırlanması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəmkir Rayon Təhsil Şöbəsi, Gənc Müəllimlər Birliyi, TQDK-nın Gəncə Regional Bölməsinin nümayəndələri, həkimlər, müəllimlər, valideynlər, şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri və əvvəlki illərin məzunları olan abituriyentlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatlığın aradan qaldırılması və idarə olunmasına köməklik göstərməkdir. 

Konfrans zamanı TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Elmira Süleymanova, Şəmkir Gənc Müəllimlər Birliyinin sədri Hafiz Pənahov, Gənc Həkimlər Birliyinin sədri Samir Namazov və Birliyin üzvü Surac Hüseynov abituriyentlərə imtahanlara psixoloji hazırlıqla bağlı vacib məsləhətlər veriblər.

 

Tarix: 17.06.2016

Son xəbərlər