İsmayıllıda şagirdlərin "Sülh ayı"


İsmayıllı şəhər 5 saylı tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Sülh aylığı "çərçivəsində tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin rəhbəri Xətai Abbasov, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, məktəbin direktoru Elçin Məmmədov, tarix müəllimi Bəxtiyar Fərəcov müəllim və şagirdlərin qarşısında çıxışlarından əlavə onların çoxsaylı suallarını da cavablandırıblar.

Tədbir maraqlı və qarşılıqlı diskussiya şəraitində keçib. Sonda iştirakçılar belə tədbirlərin tez-tez keçirilməsinin faydasından söz açıb, davamlı olmasını arzulayıblar.

Tarix: 07.09.2016

Son xəbərlər