Oğuz Bilik Evində Müstəqillik Günü


Oğuz rayon Bilik Evində Azərbaycan Respublikasının Müstəqillik gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz rayon Bilik Evinin direktoru Anar Məcidov, Bilik Fondunun əməkdaşı Cəlil Cavanşir, Bilik Evinin müəllimləri, məzunları və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Oğuz rayon Bilik Evinin direktoru Anar Məcidov açaraq, Müstəqillik günün əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına bu barədə ətraflı məlumat verib: “XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.”

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirin sonunda Bilik Evinin direktoru Anar Məcidov Bilik Evinə yeni qəbul olunmuş rus dili ixtisasının tələbələrinə Bilik Fondu barədə ətraflı məlumat verib.

Tarix: 18.10.2016

Son xəbərlər