Şəmkir Bilik Evində "Ailə Klubu" açıldı


Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evi tərəfindən yaradılan "Ailə Klubu"nun bu gün təqdimatı keçirilib. Təqdimatda Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva və rayonun ictimai-sosial həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sona Əliyeva açıb, Şəmkir Bilik Evi ilə birgə həyata keçirilən layihələr, Ailə Klubunun əsasnaməsi, görüləcək işlər barəsində iştirakçılara məlumat verib. Çıxışı zamanı Sona Əliyeva ictimai-sosial həyatın bütün sferalarında qadınlara göstərilən dövlət qayğısından danışıb, qadınların bütün bu sahələrdə qazandığı uğurlardan bəhs edib.

Daha sonra, iştirakçılarla ailə zorakılığı, qadın və uşaq hüquqlarının pozulması, erkən nikah məsələləri müzakirə edilib, Problemlərin həlli yolunda irəli sürülən təkliflər dinlənilib. Təkliflər əsasən tibbi, hüquqi, psixoloji maarifləndirmə işinin aparılması, problemli məsələlərin həlli üçün psixoloji qaynar xəttin, hüquq məsləhətxanasının yaradılması, tibbi müayinələrin təşkili mövzularında olub. Tədbirin sonunda təqdimatda iştirak edən qadınlar Ailə Klubuna üzv olmaqla yanaşı, öz təkliflərini yazılı şəkildə təqdim ediblər.

Tarix: 21.10.2016

Son xəbərlər