Şəmkir Bilik Evində ikinci dəfə rus və ingilis dili kurslarına başlanıldı


Azərbaycan Resbuplikasının Prezidenti yanında Bilik Fondu tərəfindən yaradılmış Şəmkir Bilik Evinin nəzdində oktyabrın 6-dan rus dili, həmi ayın 19-dan isə ingilis dili kursları növbəti dəfə fəaliyyətə başlayıb.

Dinləyicilər ilk dəfə 2015-ci ildə formalaşdırılan dil kurslarında ödənişsiz təhsil alıblar. Bu il də eyni ənənə davam etdirilir.

Kurslar Şəmkir rayonunun müxtəlif idarə və təşkilatlarında işləyən gənclərin dil biliklərinin inkişaf etdirilməsi məqsədi ilə təşkil olunub.

Təlimlərin nəticəsi olaraq, xüsusi komissiyaya imtahan verən dinləyicilərə müvəffəqiyyət qazanacaqları təqdirdə Bilik Fondu tərəfindən sertifikatlar veriləcək. 

Tarix: 19.10.2016

Son xəbərlər