Zaqatalanın Əliabad qəsəbəsində Beynəlxalq Tolerantlıq Günü qeyd edildi


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkə ərazisində silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi BDU- nun dosenti Sevinc Əliyeva Zaqatala rayonu Əliabad qəsəbəsi 1 nömrəli orta məktəbdə "Azərbaycan tolerantlıq nümunəsidir" mövzusunda mühazirə oxuyub. Tədbirdə qəsəbədə olan 4 məktəbin direktorları, müəllim və şagird kollektivi, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədiri giriş sözü ilə açan məktəbin direktoru İradə İbrahimova iştirakçılara tolerantlıq anlayışı barədə məlumat verib və Azərbaycanda çoxmədəniyyətliliyə həssaslıq və qayğı ilə yanaşıldığından danışıb. 

Zaqatala Rayon İcra Hakimiyyətinin sosial məsələlər üzrə müdir müavini İlqar Vəliyev toleranlığın və multikultiralizmin xalqmızın həyatında böyük rol oynadığını vurğulayaraq, xüsusilə müxtəlif xalqların nümayəndələrinin yaşadığı Zaqatala rayonunda birgəyaşayışın gözəl nümunəsinin şahidi olduqlarını dilə gətirib. 
İnteraktiv formada keçən mühazirə tədbir iştirakçılarının marağına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 14.11.2016

Son xəbərlər