Qaxda Bilik kurslarını bitirənlərə sertfikatlar verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax Bilik Evində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları üzrə təlim kurslarının birinci mərhələsini başa çatdıranlara sertifikatlar təqdim olunub.
Birinci mərhələdə kursu bitirən dinləyicilərin öyrənmə səviyyələri xüsusi komissiya tərəfindən müəyyənləşdirilib. Bilik Fondu təlim kurslarına ötən ildən başlayıb. Oğuz, Qax, Şəmkir Bilik evlərində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları üzrə təlim kursların birinci mərhələsi başa çatıb və ikinci mərhələyə start verilib. Nardaran və İsmayıllı regional Bilik evlərində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları üzrə təlim kurslarına bu ildən başlanılıb.
Tarix: 10.11.2016

Son xəbərlər