Bilik Fondunda "Puşkinin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılış mərasimi olub (FOTO,VİDEO)


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "Puşkinin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılış mərasimi olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Fondun əməkdaşları, Rusiya Federasiysının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna, əlkavə təhsil fakültəsinin dekanı Pavliçeva Yelena Nikolayevna, Ümumi və rus dilçiliyi kafedrasının professoru Bojenkova Natalya Aleksandrovna, rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının müdiri, professor Elxan Heydər oğlu Əzimov, Bakıdakı ali və orta təhsil müəssisələrinin rus dili müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan icraçı direktor O.Səmədov V Bakı Humanitar Forumu ərəfəsində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə imzalanmış müqaviləni xatırladaraq, Fondun “Puşkin İnstitutu”nun Əməkdaşlıq Şəbəkəsinə üzv olmaqla həm də İnstitutun Federal proqram çərçivəsində həyata keçirdiyi 2016-2020-ci illərdə “Rus dili” layihəsinə qoşulduğunu bildirib. 
 A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru M.İ.Yaskeviç Bilik Fondunun fəaliyyətini izlədiklərini, maarifləndirici layihələrin cəmiyyətin inkişafinda əsas rol oynadığını vurğulayıb. İnstitutun fəaliyyəti və əməkdaşlıq şəbəkəsi haqqında iştirakçılara geniş məlumat verən prorektor bildirib ki, təhsil ocağı distant tədrisin texnoloji imkanlarından faydalanmaqla rus dili müəllimlərinin ixtisasartımına və xarici dil kimi rus dilinin tədrisi sahəsində təkmilləşməyə imkan yaradır. 
 Sonra tərəflər arasında Bilik Fondunda "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin fəaliyyətinə dair müqavilə imzalanıb. Mərkəzin bazasında rus dili müəllimlərinin ixtisasartırma kurslarının, təhsil alanların müxtəlif kateqoriyaları üçün rus dili tədrisi kurslarının təşkili, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, mədəni-kütləvi tədbirlərin təşkili nəzərdə tutulur.

A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu rus dilinin tədrisi, rus dili sahəsində pedaqoji kadrların hazırlanması, rus dilinin xarici dil kimi tədrisi metodikasının işlənməsi sahəsində uğurlu çoxillik təcrübəyə malikdir, İnstitutun Filologiya fakültəsində rusiyalı və xarici tələbələr təhsil alırlar: bakalavrlardan hər dördüncü tələbə və hər üçüncü magistrant xarici vətəndaşdır.
Ali məktəblərə qəbulun keyfiyyət reytinqində bu unikal təhsil ocağı artıq dördüncü ildir ki, humanitar ali məktəblər arasında birinci yeri tutur və ən yaxşı Rusiya dövlət ali məktəblərinin onluğuna daxildir.
Bu kiçik zaman kəsiyi ərzində toplanan təcrübə Bilik Fondunun A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun etibarlı tərəfdaşı olacağına ümid verir.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.12.2016

Son xəbərlər