Bilik Fondunun mühazirəçisi Stavropolda "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını təqdim edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva Stavropol şəhərində 29-30 noyabr 2016-cı il tarixində "Şimali Qafqaz 1917-2017: yüzilliyin nəticələri" mövzusunda keçirilən Ümumdünya rus xalq kilsəsinin V Forumda iştirak edib.

Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrdən, həmçinin Abxaziya və Dağıstandan 300 nəfərdən çox nümayəndənin qatıldığı Forumda S.Əliyeva "Azərbaycanda multikultiralizm: tarixi köklər və müasirlik" adlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan multikulturalizminin qədim ənənələri və ölkədə bu gün hökm sürən multikulturalizm siyasəti barədə ətraflı məlumat verərək, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı kitabını da Forum iştirakçılarına təqdim edib.

S.Əliyeva "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını Forumun təşkilatçılarından olan Şimali-Qafqaz Federal Universitetinə hədiyyə edib. Universitetin Sosial fəlsəfə və etnologiya kafedrasının müdiri professor, fəlsəfə elmləri doktoru İvanova Svetlana Yuriyevna hədiyyədən çox məmnun olduğunu bildirib və kitabın nəşrində əməyi olanlara təşəkkürlərinin çatdırılmasını xahiş edib. Bundan əlavə dosent S.Əliyeva Forumda iştirak edən yerli hakimiyyət sədrinin müavini Kuvaldina İrina Vladimirovnaya da "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını hədiyyə edib. İ.V.Kuvaldina öz növbəsində Stavropol vilayətinin rəhbərliyi adından təşəkkür edərək, multikulturalizmi həyat tərzi seçmiş Azərbaycan xalqına xüsusi hörmət bəslədiyini bildirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 30.11.2016

Son xəbərlər