Bilik Fondu Rusiya Xalqlar Dostluğu Universitetinə kitablar hədiyyə edib


18 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi, Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova Rusiya Xalqlar Dostluğu Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Moskva şəhərində keçirilmiş “Türkologiyanın müasir problemləri: dil, ədəbiyyat, mədəniyyət” mövzusunda V Beynəlxalq elmi-praktiki konfransda iştirak etmiş, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü və elmi redaktorluğu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən rus dilində nəşr olumuş “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, dünya xalqlarının 25 dilində nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitablarını, "Multikulturalizm" və "Türkologiya" jurnallarını universitetin kitabxanasına hədiyyə etmişdir. 

Tarix: 18.11.2016

Son xəbərlər