Bilik Fondunun icraçı direktoru Poltavada konfransda


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun Poltavada keçirilən elmi-metodik konfransdakı iştirakı Ukrayna mətbuatında geniş işıqlandırılıb.

Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində keçirilən tədbirdə icraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin fərmanı ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və təlimlərinin təşkili barədə məlumat verib.

Tarix: 02.04.2015

Son xəbərlər