Bilik Fondunun icraçı direktoru Qafqaz Universitetləri Birliyinin VI Ənənəvi Konqresində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Qafqaz Universitetləri Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fonu və Qırğızıstan-Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə Bişkek şəhərində keçirilmiş Qafqaz Universitetləri Birliyinin VI Ənənəvi Konqresində iştirak edib.

O.Səmədov tədbir iştirakçılarına Bilik Fondunun fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələr, Birlik üzvləri ilə əməkdaşlıq imkanları barədə geniş məlumat verib.

 Fondun icraçı direktoru Beynəlxalq tədbir çərçivəsində Qafqaz Universitetləri Birliyinin prezidenti Prof. Dr. Ramazan Korkmaz, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Prof. Dr. Sebahettin Baljı, Türkiyənin Artvin Çoruh Universitetinin prorektoru Prof. Dr. Aydın Tüfekçioğlu, İranın Ərdəbil İslam Azad Universitetinin rektoru Prof. Dr. Əli Şamil, Al Zahra Universiteti Beynəlxalq Akademiyasının direktoru Dr. Parichehr Hanachi ilə işgüzar görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 23.05.2016

Son xəbərlər