Qax Bilik evində yanvar şəhidləri anıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax Bilik Evində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Bilik Evinin direktoru Rövşən Hədisov açaraq  iştirakçılara Ümumxalq Hüzn Günü barədə ətraflı məlumat verib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə nəzər salıb.

Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlık sükutla yad edilib.

Çıxış edənlər bu faciənin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğulayıblar.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 19.01.2017

Son xəbərlər