Qax Bilik Evi "Bölgənin Alban abidələri" mövzusunda tədbir keçirdi


Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax Bilik Evinin təşkilatçılığı ilə "Bölgənin Alban abidələri" mövzusunda tədbir keçirilib.
 
Qax şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbiri təhsil müəssisəsinin direktoru Sevil Əsgərova açaraq, "İslam Həmrəyliyi İli" çərçivəsində şagird və müəllim kollektivinin birgə imza atdıqları layihələrdən danışıb.
 
Bilik Fondunun Qax rayon nümayəndəsi, Əmbərçay kənd ümumi orta məktəbinin direktoru Rövşən Hədisov Fondun dəstəyi ilə bu günə qədər rayonda təşkil edilən silsilə tədbirlərdən və onların mahiyyətindən söz açıb.
 
Daha sonra tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli mövzuyla bağlı ətraflı məruzə söyləyərək, bölgədəki Alban abidələrinin fotolarını auditoriyaya nümayiş etdirib və hər biri barəsində iştirakçılara tarixi bilgilər verib.
 
Müəllim və şagirdlər tədbirdə fikirlərini bildirib, məruzəçiyə suallar ünvanlayaraq, maraqlı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.12.2017

Son xəbərlər