Qaxda məscidlərə kitablar hədiyyə olundu


Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Məscid kitabxanası" layihəsi çərçivəsində  Qax Şəhər Məscidinə, Mərkəzi Cümə Məscidinə yerli və xarici yazarların müxtəlif mövzularda yazılmış kitabları hədiyyə olunub.

Təqdimetmə mərasimində Bilik Fondunun Qax rayonu üzrə nümayəndəsi Rövşən Hədisov, Qax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini-dini qrumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə baş məsləhətçisi Tərlan Nəzərov iştirak ediblər.

Hər iki məscidin imamı dəyərli hədiyyələr görə, Bilik Fondunun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tarix: 20.12.2017

Son xəbərlər