Qax Bilik Evində Xocalı sərgisi


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.

Fevralın 23-də Qax Bilik Evində Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə rayon məktəblilərinin əl işləri nümayiş edilib.

Qax Bilik Evinin direktoru Rövşən Hədisov Xocalı soyqrımının dünyaya tanıtdırılmasının Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu dinləyicilərə çatdırıb, bu istiqamətdə Prezident cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kompaniyası çərçivəsində gördüyü işlərdən və əldə edilmiş nəticələrdən söhbət açıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 23.02.2018

Son xəbərlər