Qaxda şəhidin anım mərasimi keçirildi


Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax rayon nümayəndəliyinin  təşkilatçılığı ilə Əmbərçay kənd ümumi orta məktəbinin şagirdləri şəhid Şahmərdan Abdullayevin anım gününü keçiriblər.

Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasına xidmət edən tədbirdə Azərbaycanın qəhrəman övladları, onların keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Şagirdlər tədbirdən sonra şəhidin məzarını ziyarət ediblər.

 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Mətbuat xidməti
Tarix: 06.03.2018

Son xəbərlər