Qax Bilik Evində “Əlillərə dövlət qayğısı” mövzusunda görüş keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı üzrə “Vətənin pərvəri ol!” layihəsi çərçivəsində Fondun Qax Bilik Evi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Bilik Evində keçirilən tədbiri kitabxananın müdiri Güllü Əhmədova açıb, belə bir günün təsis edilməsində başlıca məqsədin cəmiyyətdə, xüsusilə, gənclərdə əlilliyi olan insanlara diqqət və qayğı ilə yanaşmağı formalaşdırmaqdan ibarət olduğunu deyib.

Bilik Evinin müdiri Rövşən Hədisov isə “Azərbaycanda əlillərə dövlət qayğısı” mövzusunda çıxış edərək, ölkəmizdə əlillərin qayğı ilə əhatələndiyini deyib və onların cəmiyyətə adaptasiyası üçün gerçəkləşən layihələr barədə danışıb.

Mühazirədən sonra iştirakçıların sualları cavablandırılıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbaut xidməti

 

 
Tarix: 03.12.2018

Son xəbərlər