Qax Bilik Evi təqaüdçü müəllimlərlə görüş keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qax Bilik Evinin təşkilatçılığı ilə şəhər 2 nömrəli məktəb-liseyində rayonun bir qrup qabaqcıl təhsil işçisi, təqaüddə olan müəllimlər və təhsildə fərqlənən məktəblərin direktorlarının görüşü keçirilib.

Tədbiri giriş sözü ilə Qax şəhər 2 nömrəli məktəb-liseyin direktoru Şəkər Abdullayev açaraq, təhsilə və müqəddəs peşə sahibləri olan müəllimlərə dövlət tərəfindən diqqət və qayğı gösərildiyini faktlarla diqqətə çatdırıb.
 
Bilik Evinin müdiri, Əmbərçay kənd ümumi orta məktəbinin direktoru Rövşən Hədisov Bilik Fondunun proqram və layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, müxtəlif bölgələrin Bilik evlərində fəaliyyət göstərən təlim kursları və dərnəklərdə dinləyicilərə peşə sirlərinin öyrədilməsi ilə yanaşı, milli-mənəvi dəyərlər dərindən təbliğ olunur, gənclərlə ziyalıların görüşləri keçirilir, vətənpərvərlik ruhu aşılayan filmlər göstərilir, ekskursiyalar təşkil olunur. R.Hədisov bildirib ki, gənclərin maarifləndirilməsi işində qocaman ziyalıların, xüsusilə, təqaüdçü müəllimlərin potensialından, iş və həyat təcrübəsindən faydalanmaq ümumi işimizə təkan verəcəkdir.
 
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə, inkişafına, cəmiyyətimizə savadlı, peşəkar kadrlar qazandırmağa həsr etmiş təqaüdçü müəllimlər gələcək nəslin sağlam düşüncədə formalaşması üçün Bilik Evi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
 
Sonda tədbir iştirakçıları arasında maarifləndirmə işinin daha səmərəli təşkilinə dair fikir mübadiləsi aparılıb, qocaman müəllimlərin tövsiyələri dinlənilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.12.2018

Son xəbərlər