Oğuz Bilik Evi Müstəqillik gününü iki fərqli ünvanda qeyd etdi


Oktyabrın 18-də Oğuz Bilik Evinin Rayon İcra Hakimiyyəti ilə birgə fəaliyyət planına əsasən, Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib.

Oğuz şəhər E.Abdullayev adına 2 №-li tam orta məktəbində təşkil olunmuş tədbirdə İcra Hakimiyyəti nümayəndələri, təhsil ocağının müəllim və şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov Azərbaycan xalqının dövlətçilik tarixindən danışıb. Natiq bildirib ki, tarixin bütün mərhələlərində azərbaycanlıları müstəqillik arzusu, dövlətçilik amalı birləşdirib. XX əsrdə ikinci dəfə müstəqilliyinı elan etmiş Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqil yaşamasının mümkünlüyünü bütün dünyaya bəyan edib.

İcra Hakimiyyətinin əməkdaşı Sərdar Nəbiyev Oğuz Bilik Evinin əhalinin maarifləndirilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkərək, həyata keçirilən  layihələrin gəncliyin yad təsirlərdən qorunması, dövlətçilik prinsipinə sadiq qalması,  milli-mənəvi dəyərlərə üstünlük verməsi baxımından müsbət təsirlərə malik olduğunu vurğulayıb.

Müstəqillik Gününə həsr olunan növbəti tədbir Oğuz şəhər 3 №-li məktəbində keçirilib. Hər iki tədbirin sonunda sənədli film göstərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.10.2017

Son xəbərlər