Oğuz Bilik Evində yerli ziyalılarla görüş oldu


Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evində yerli ziyalılarla görüş keçirilib.

Tədbirdə Oğuz rayon Ağsaqqalar Şurasının sədri Cuma Cumayev, şuranın üzvü Vahid Azaxov, Oğuz Rayon Təhsil Şöbəsinin metodisti Emin Əzimli, 2 nömrəli tam orta məktəbin kollektivi iştirak edib.

Bilik Fondunun Oğuz rayon nümayəndəsi Anar Məcidov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ziyalılarla gənclərin mütəmadi ünsiyyətdə olması, yeni nəslin maarifləndirilməsi işinə böyük töhfədir.

Oğuz rayon Ağsaqqalar Şurasının sədri Cuma Cumayev çıxışında Azərbaycandakı ailə institutunun dünəni və bu günü barədə müqayisəli təhlillər aparıb, ailənin müqəddəs dəyərlər üzərində qurulmasının vacibliyinə toxunub. Onun sözlərinə görə, vətənə sevgi, dövlətə sədaqət, böyüyə hörmət, kiçiyə diqqət göstərən mənəvi cəhətdən saf insanlar ailənin kiçik dövlət olduğunu dərindən dərk edir və bu dəyəri qorumağı bacarır.

Şura üzvü Vahid Azaxov məktəblilərə zərərli vərdişlərdən uzaq olmağın yolları barədə məsləhətlər verib. Zərərli vərdişlərin ən ağır xəstəliklərlə nəticələndiyini  diqqətə çatdıran natiq xalqın genofondunun qorunmasının həm mənəvi, həm də fiziki cəhətdən sağlam həyat tərzindən asılı olduğunu vurğulayıb.

Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıblar.

Xatırladaq ki, millət vəkili Aqiyə Naxçıvanlının Oğuz rayon ağsaqqallarına müraciəti əsasında elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda müntəzəm olaraq, ağsaqqalların ictimaiyyət nümayəndələri ilə görüşləri keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

 

Tarix: 24.10.2017

Son xəbərlər