Oğuz Bilik Evində kitab təqdimatı oldu


Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evində kitab təqdimatı keçirilib.

Pedaqoji elmlər namizədi, dosent Nuralı Çələbiyevin müəllifi olduğu "Dünyanın məşhur və tanınmış psixoloqları" kitabının təqdimat mərasimini Bilik Fondunun yerli nümayəndəsi, E.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Anar Məcidov giriş sözü ilə açaraq, müəllifin həyat və yaradıcılığı haqqında məlumat verib.

N.Çələbiyev müəllifi olduğu kitabın mövzusundan danışıb, məşhur psixoloqlar barəsində maraqlı faktlar açıqlayıb. 

Sonda N.Çələbiyev iştirakçıların suallarını cavablandırıb.   

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 11.11.2017

Son xəbərlər