“Xocalı soyqırımı insanlığa sığmayan cinayətdir” – Oğuz Bilik Evində mühazirə


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bilik evləri silsilə tədbirlər keçirir.
 
Fevralın 26-də Oğuz Bilik Evinin Xocalı soyqırımının 26-cı ildönümünə həsr etdiyi "Xocalı harayı" adlı tədbirdə “Bələdçilik” təlim kursunun dinləyiciləri və Oğuz şəhər 2 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
 
Kursun təlimçisi Mətanət Kərimova tarixi faktlara əsaslanaraq, Xocalı soyqırımı haqqında mühazirə ilə çıxış edib.
Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam edən tədbirdə soyqırıma həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
Həmin gün Oğuz Rayon Təhsil Şöbəsi və Oğuz Bilik Evinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərindən olan şagirdlər "dəyirmi masa"da iştirak edib və inşa yazı müsabiqəsinə cəlb olunublar.
 
"Dəyirmi masa"da "Xocalı soyqırımı insanlığa sığmayan cinayətdir" mövzusunda mühazirə söyləyən Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov 26 il öncə yaşanan dəhşətli hadisələrin səbəblərindən danışıb.
 
 
Tədbirdə keçmiş döyüşçü Firuz Məhyəddinov, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Şükufə Bəhərçinova çıxış ediblər.
Sonda "Mən Xocalıyam" adlı videoçarx nümayiş olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun Mətbuat xidməti
Tarix: 26.02.2018

Son xəbərlər