"Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır” – Oğuz Bilik Evində mühazirə


Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Zümrüd Kazımovanın Oğuz Bilik Evində 6 aprel – Ümumdünya fiziki aktivlik günü ilə əlaqədar “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır” mövzusunda tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
 
Oğuz şəhər 1 və 2 nömrəli tam orta məktəblərin, 3 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi, psixoloqları, həkimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Bilik Evinin direktoru Gülşən Məcidova sağlam həyat tərzinin təbliğatı istiqamətində Fondun bölgələrdə həyata keçirdiyi maarifləndirici layihələri barədə məlumat verib.
 
 
Mühazirəçi Z. Kazımova tədbir iştirakçılarına fiziki cəhətdən aktivliyin orqanizm üçün vacibliyini vurğulayaraq, passivlik ucbatından yaranan xəstəliklər, onların risk amillərindən danışıb.
 
Tədbirin sonunda fiziki aktivliyin üstünlüklərindən bəhs edən video-çarx nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 05.04.2018

Son xəbərlər