Bilik Fondu İsmayıllı yazarları ilə görüş keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun mütəxəsisi, şair Cəlil Cavanşir və Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin rəhbəri Vüsal Oğuz noyabrın 3-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Dağ çiçəkləri” Ədəbi Birliyinin üzvləri ilə görüşüblər.
 
Görüşdə İsmayıllı yazarlarının yaradıcılıq nümunələri ilə tanışlıqdan sonra çıxış edən Cəlil Cavanşir tədbir iştirakçılarına Bilik Fondunun əhalinin mədəni maarifləndirilməsi sahəsindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib, Fondun icraçı direktoru Oktay Səmədovun təşəbbüsü ilə İsmayıllı rayonunda yaşayan qələm adamlarının əsərlərindən ibarət almanaxın hazırlıq prosesindən danışıb.
 
AYB Oğuz bölməsinin sədri Vüsal Oğuz, Bilik Fondunun əyalətdə yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət almanaxların hazırlanması təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirib və bu işdə AYB Oğuz bölməsinin Fondun təşəbbüsünə dəstək verəcəyini bildirib.
 
Tədbirdə çıxış edən “Dağ çiçəkləri” Ədəbi Birliyinin üzvləri əyalətdə yaşayan yazarların fəaliyyətinə diqqət ayırdığı və onların yaradıcılığına dəstək olduğuna görə Fondun rəhbərliyinə təşəkkür ediblər.
 
Tədbirdə İsmayıllı yazarlarının əsərlərindən ibarət almanaxın tərtibatı və hazırlanması üçün işçi qrupu yaradılıb.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.11.2018

Son xəbərlər