Bilik Fondu Qəbələ yazarları ilə görüş keçirdi


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəssisi şair Cəlil Cavanşir və Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin rəhbəri Vüsal Oğuz Qəbələdə yaşayan şair və yazıçılarla görüşüblər.

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə qonaqlar yerli yazarların yaradıcılıq nümunələri ilə tanış olublar.

C.Cavanşir Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdən söz açıb, Fondun əyalətdə yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət almanaxların hazırlanması təşəbbüsünü irəli sürdüyünü xatırladıb.

V.Oğuz almanaxın nəşr olunması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirdiklərini bildirib və AYB Oğuz bölməsinin bu işə dəstək verəcəyini deyib.

Qəbələ rayonunun şair və yazıçıları çıxış edərək, əyalətdə yaşayan yaradıcı gənclərin fəaliyyətlərinə diqqət ayrıldığını, qayğı göstərildiyini vurğulayıblar.

Qəbələ yazarlarının bədii parçalarından ibarət almanaxın tərtibatı və hazırlanması məqsədi ilə işçi qrupu yaradılıb.

Tədbirdə gənc şair Günel Tapdıqqızının “Sevgimin kölgəsi” adlı şeirlər kitabının təqdimatı olub.

Sonra Bilik Fondunun göndərdiyi kitablar yazarlara hədiyyə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 14.11.2018

Son xəbərlər