Nardaran Bilik evində 20 yanvar faciəsinin ildönümü keçirildi


Nardaran Bilik evində 20 yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə millət vəkili, Nardaran Bilik evinin direktoru Dilarə Cəbrayılova açaraq 1990-cı il 20 yanvar hadisələri barədə iştirakçılara məlumat verib. 
Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin tarix müəllimi Gülməmməd Əsgərov həmin dövrün tarixi şəraiti, faciənin səbəbləri və nəticələri barədə danışıb, xalqımızın tarixinə qara hərflərlə yazılan bu faciənin həm də qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. 
Sonra nardaranlı məktəblilər Şəhidlər xiyabanını ziyarət ediblər.

Tarix: 20.01.2017

Son xəbərlər